"Qalatasaray" Bundesliqa klubunun futbolçusunu istəyir
13.09.2024 - 15:04
"Qalatasaray" Bundesliqa klubunun futbolçusunu istəyir

Super Liqa təmsilçilərindən "Qalatasaray" heyətinə yeni futbolçu cəlb etmək istəyir. 

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli məşhur insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Onun sözlərinə görə, İstanbul klubu heyətini Bundesliqa klublarından "Auqsburq"un futbolçusu Ruben Varqasla gücləndirmək istəyir. 

"Sarı-qırmızılılar" 26 yaşlı futbolçu üçün "Auqsburq"la görüşəcək.

Varqasın hazırda bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir. 

İsveçrəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacağından, "Auqsburq"un da satışı təsdiqləməsi gözlənilir.

0