"Qalatasaray" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib
19.02.2025 - 14:54
Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyununu idarə edəcək hakim müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mərkəzi Hakimlər Komitəsi (MHK) İstanbul derbisini sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşıra bilər.
O, bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşərsə, Vinçiç sabah İstanbula gələcək.
Qeyd edək ki, İstanbul derbisi fevralın 24-də, Bakı vaxtilə saat 21:00-da start götürəcək.
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
0
0