"Qalatasaray" istəmədi - "EYÜPSPOR"A GEDİR
01.07.2025 - 14:07
"Qalatasaray" istəmədi - "EYÜPSPOR"A GEDİR

“Qalatasaray”da çıxış edən 31 yaşlı futbolçu Kerem Demirbayın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisinin yeni mövsüm planlarında yer almayan türkəsilli alman futbolçu “Eyüpspor”la razılığa gəlib.

Yarımmüdafiəçinin yeni klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, “Borussiya Dortmund”un yetirməsi olan Kerem Demirbay 2023-cü ildə “Bayer”dən “Qalatasaray”a 3,7 milyon avroya transfer olunmuşdu.