“Qalatasaray” Kamavinqa üçün hərəkətə keçdi
20.05.2026 - 04:13
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Fransa millisinin üzvü ilə “Qalatasaray” maraqlanır.
Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul klubu 23 yaşlı futbolçunun hazırkı transfer vəziyyəti ilə bağlı “Real Madrid”dən məlumat alıb. Lakin hələlik Kamavinqa üçün rəsmi təklif göndərilməyib.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən “Real Madrid”in formasını geyinir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0