"Qalatasaray" "Liverpul"un kapitanı ilə maraqlanır
13.05.2026 - 13:58
"Liverpul"un kapitanı Vircil van Dayk karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, niderlandlı müdafiəçi ilə "Qalatasaray" yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "sarı-qırmızılılar" 34 yaşlı oyunçunu yayda transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Niderland millisinin üzvü 2018-ci ildən "Liverpul"da çıxış edir. Onun Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
0
0