“Qalatasaray” “Monako” ilə razılığa gəldi: 5 illik müqavilə
17.08.2025 - 19:38
“Qalatasaray” “Monako” ilə razılığa gəldi: 5 illik müqavilə

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Vilfred Sanqonu rənglərinə bağlamaq üzrədir.

Bu barədə "Africafoot" nəşri məlumat yayıb.

Bildirilib ki, "sarı-qırmızılılar" onun transferi üçün "Monako" ilə razılığa gəlib.

İstanbul təmsilçisi Sanqonu 5 milyon avro qarşılığında icarəyə götürəcək. Müqavilədə 30 milyon avro dəyərində satınalma bəndi də mövcuddur.

Müqavilə 5 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, müdafiəçi 2023-cü ildən "Monako"da çıxış edir.