Türkiyə Super Liqası komandalarından "Qalatasaray" müdafiəsini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Milan"da çıxış edən Emerson Royal zədələndiyi üçün planlar dəyişib.
Klub "Roma"da çıxış edən Zeki Çeliki transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar" qısa müddət ərzində türk futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib.
Qeyd edək ki,Türkiyə millisinin üzvü olan 27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.