"Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir
06.04.2025 - 18:18
"Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir

"Qalatasaray" Yunus Akgünlə yeni müqavilə imzalamağı planlaşdırır.

Apasport.az xəbər verir ki, “Qalatasaray” mövsüm başa çatmadan Yunus Akgünlə yeni müqavilə imzalamaq istəyir.

Bundan əlavə, İstanbul klubu müqavilədəki 11 milyon avroluq sərbəst qalma maddəsini ləğv edəcək. 

Məlumata görə, "cimbom" Yunusa 2 milyon avro maaş təklif edir. 

Gənc futbolçunun "sarı-qırmızılı" komanda ilə müqaviləsini uzatmaq istədiyi bildirilir. Onun hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq.

24 yaşlı futbolçu bu mövsüm 36 matçda forma geyinib, 11 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.