"Qalatasaray"dan La Liqa klubuna
16.07.2024 - 12:17
"Qalatasaray"dan La Liqa klubuna

Super Liqa təmsilçisi "Qalatasaray"dan ayrılacaq adlardan biri kimi göstərilən Kerem Aktürkoğlu üçün yeni iddia ortaya atılıb.

Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, "Qalatasaray"dan transfer görüşü keçirmək üçün icazə alan Kerem Aktürkoğlu yenidən "Real Sosyedad"la görüşüb.

İspaniya klubu Türkiyə millisinin futbolçusu ilə müqavilə imzalayacağı təqdirdə "sarı-qırmızılılar"a rəsmi təklif göndərəcək. 

"Qalatasaray"ın bu transferdən 14 milyon avro transfer gəliri gözlədiyi bildirilib.

Ancaq "Real Sosyedad" Kerem Aktürkoğlunu transfer edəcəyi təqdirdə "aslanlar"ın qapısını 9 milyon avroluq təkliflə döyəcək. 

Transfer haqqı ilə bağlı danışıqların bir müddət davam edəcəyi gözlənilir.

0