“Qalatasaray”ın 2 futbolçusu CƏZALANDIRILIB
08.04.2025 - 18:24
“Qalatasaray”ın 2 futbolçusu CƏZALANDIRILIB

Bu gün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, "Qalatasaray"ın "Fənərbaxça" ilə oynadığı kubok matçının (2:1) cəzaları müəyyənləşib.

İstanbul təmsilçisinin futbolçuları Barış Alper Yılmaz və Kerem Demirbay 1 oyunluq cəzalandırılıblar.

Qeyd edək ki, hər iki oyunçu kubokun yarımfinal mərhələsində "Konyaspor" ilə oynanılacaq matçda iştirak edə bilməyəcəklər.