“Qalatasaray”ın futbolçusu ƏMƏLİYYAT OLUNUB
08.11.2025 - 12:56
“Qalatasaray”ın futbolçusu ƏMƏLİYYAT OLUNUB

"Qalatasaray"ın futbolçusu Yunus Akgün əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyəli vinger qasıq nahiyəsindən əməliyyat edilib.

24 yaşlı futbolçu il sonunadək komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.