24 yaşlı italiyalı yarımmüdafiəçi Nikolo Zaniolo karyerasını İspaniya çempionatında davam etdirmək imkanına malikdir.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" futbolçunu transfer etməkdə maraqlıdır. Müqavilə bu yay yekunlaşa bilər.
Xatırladaq ki, Zaniolo cari mövsümdə “Qalatasaray”dan icarə əsasında"Aston Villa"ya keçib.
Onun müqaviləsi 2024-cü ilin iyunun sonuna kimidir. İcarə müddəti bitdikdən sonra Nikolo "Qalatasaray"a qayıdacaq. "Transfermarkt" portalı oyunçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, forvard Premyer Liqada 20 oyun keçirib, 2 qol vurub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı