"Qalatasaray"ın futbolçusu Qabriel Sara İtaliyaya yollana bilər.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, "İnter" Qabriel Sara ilə maraqlanır.
"Nerazzura" braziliyalı futbolçu üçün "Qalatasaray"a ilkin müraciət edib. İstanbul klubunun rəsmiləri hələ ki, "İnter"in təklifinə konkret cavab verməyib.
25 yaşlı yarımmüdafiəçinin Türkiyə çempionu ilə müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir. Sara 2024-cü il avqustun 4-də “Norviç”dən “Qalatasaray”a keçib. İstanbul təmsilçisi Qabrieli 45 milyondan aşağı qiymətə satmaq istəmir. Türkiyə nəhəngi Sara üçün “Norviç”ə 18 milyon avro ödəmişdi.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"