İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Fluminense" forması geyinən Con Ariası heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
azılaşmaya əsasən, 27 yaşlı kolumbiyalı vingerlə 4 illik müqavilə imzalanıb. "Volves" bu transfer üçün "Fluminense"yə 17 milyon avro ödəyəcək.
Qeyd edək ki, Conla daha əvvəl Türkiyənin "Qalatasaray" klubu da maraqlanırdı.
Kolumbiya millisinin üzvü olan Arias "Fluminense"nin heyətində 230 rəsmi oyunda iştirak edib, bu matçlarda 47 qol vurub və 55 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Mançester Yunayted”dən yeni rekord
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb