Fernando Musleranın "Qalatasaray"dan gedişindən sonra kapitanlığı kimin alacağı ilə bağlı bir çox fikirlər səslənirdi.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın meneceri Okan Buruk komandanın yeni kapitanını açıqlayıb:
"Musleradan sonra kapitanımız İkardidir. Bu vəzifəni o, davam etdirəcək. Komanda ilə vaxt keçirdikcə, məşqlərdə iştirak etdikcə və başqa məkanlarda birlikdə olduqda İkardinin motivasiyası artır. Onun üçün toplanış vacibdir.
Onun digər oyunçular ilə zehni olaraq eyni səviyyəyə qayıtması vacibdir. Onun futbolçulara və azarkeşlərə verdiyi enerji unikaldır. Düşünürəm ki, o, bunun üçün çox səy göstərir".
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu