"Qalatasaray"ın kolumbiyalı müdafiəçisi Davinson Sançes Dünya Çempionatının seçmə mərhələsində Braziliya ilə oyunda zədələnib.
Apasport.az xəbər verir ki, Sançes qapıçı Alisson Bekkerlə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib.

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenzo Davinson Sançesin hazırki vəziyyəti barədə danışıb:
"Toqquşmadan sonra onun başı gicəllənirdi və bu səbəbdən həkimimiz tədbir olaraq oyunu tərk etməsi lazım olduğunu söylədi. Hazırda vəziyyəti yaxşıdır".
Dünya Çempionatının seçmə mərhələsinin növbəti oyununda Paraqvayı qəbul edəcək Kolumbiya yığmasının heyətində Davinson Sançesin də meydanda olacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma braziliyalıların 2:1 üstünlüyü ilə başa çatıb.
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
- “Anderlext”də yeni dövr - Vitor Bruno ilə müqavilə imzalandı