[b]“Qarabağ” tarixi rekordu təkrarladı[/b]
26.07.2018 - 00:02
[b]“Qarabağ” tarixi rekordu təkrarladı[/b]

“Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi buna Çempionlar Liqasının II təsnifat mərhələsi ilk matçında səfərdə “Kukesi” ilə qolsuz bərabərliyə qalaraq nail olub.

 

Qurban Qurbanovun yetirmələri Albaniyadakı oyunda qapısını toxunulmaz saxlayaraq ardıcıl 3-cü “quru” oyunu rəsmiləşdirib.

 

Bu isə klub tarixinin avrokuboklardakı ən yaxşı göstəricisidi. Qitə miqyaslı turnirlərdə 1996-cı ildə debüt edən “Qarabağ” dəfələrlə üç matçlıq “quru” seriyaya imza atsa da, bu rekordunu artıra bilməyib.

 

Yenidən “3”ə çatmaq şansı olan komandanın ilk belə uğuru 2009-cu ildə olub. 9 il öncə ağdamlılar “Rusenborq” (0:0, 1:0) və “Honka”yla (1:0) görüşlərdə qol buraxmayıb.

 

2011-ci ildə “Brügge” ilə (1:0) başlayan növbəti seriya 2 il sonra Makedoniya “Metallurq”u ilə matçlarda (1:0, 1:0) davam edib.

 

2014-15-ci illərdə daha iki üçoyunluq seriya yaşanıb. Öncə “İnter” (0:0) və “Rudar” (0:0, 1:0), ardınca isə “Seltik” (1:0) və “Yanq Boyz”la (1:0, 3:0) qarşılaşmalarda “Qarabağ” qapısını toxunulmaz saxlayıb.

 

Ötən il isə əyalət klubu 5-ci dəfə “3”ə çatıb. Təmsilçimiz “Samtredia” (5:0, 1:0) və “Şerif”dən (0:0) qol buraxmayıb.

 

Qeyd edək ki, “Qarabağ” cari mövsümün I təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb – 1:0, 0:0.

0