"Qarabağ"ın rəqibi Arda Güləri istəyir
07.03.2024 - 16:17
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi, Bundesliqa lideri "Bayer" heyətini türkiyəli futbolçu ilə gücləndirmək istəyir.
Apasport.az "Goal"a istinadla xəbər verir ki, Almaniya klubu "Real"ın futbolçusu Arda Gülərlə maraqlanır.
Leverkuzen təmsilçisi 19 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. Oyunçu İngiltərənin "Tottenhem" klubunun da diqqət mərkəzindədir.
Qeyd edək ki, Arda Gülər ötən yay “Fənərbaxça”dan “Real”a transfer olunub.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0