"Qarabağ"ın rəqibi evdə məğlub olub
23.09.2024 - 15:39

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Fransanın “Lion” klubu ölkə çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Pyer Sajanın komandası “Marsel”i qəbul edib.
Matç marsellilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Lion" 4 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Marsel”in futbolçusu 5-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub və komanda sona qədər bir nəfər azlıqda oynayıb.
0
0