"Qarabağ"ın rəqibi rekord seriyasını uzatdı
08.03.2024 - 10:28
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi "Bayer" rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, Almaniya klubu məğlubiyyətsizlik seriyasını 35 matça yüksəldib.
“Bayer” “Qarabağ”la (2:2) matçda məğlubiyyətdən çox çətinliklə qurtulsa da, bununla da görünməmiş seriyasını uzatdı. Klub bu mövsüm iştirak etdiyi bütün turnirlərdə bir oyun belə uduzmayıb.
"Qarabağ"la cavab oyunu gələn həftə Leverkuzendə baş tutacaq.
Qeyd edək ki, Leverkuzen təmsilçisi Bundesliqada liderdir, o, “Bavariya”nı 10 xal qabaqlayır.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0