"Qarabağ"ın rəqibi ulduz futbolçu üçün danışıqlara başlayıb
07.01.2025 - 15:38

“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını Yunanıstanda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Olimpiakos” 24 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Pirey klubu Antonini icarəyə götürmək istəyir.
Artıq yunanlar braziliyalı futbolçu üçün Mançester klubuna rəsmi müraciət də edib.
“Olimpiakos” Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq. Görüş yanvarın 30-da Yunanıstanda olacaq.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0