"Qarabağ"ın rəqibindən rekord
24.02.2024 - 11:19
Bundesliqanın XXIII turunda “Maynts”a qalib gələn "Bayer" (2:1) yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer"in məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.
Xabi Alansonun yetirmələri bu nəticə ilə "Bavariya"nı geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.
Qeyd edək ki, "Bayer" hazırda Bundesliqada 61 xalla liderdir.
- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
0
0