“Qarabağ”ın sabiq futbolçusu Meksika klubunda - RƏSMİ
21.12.2025 - 18:26
“Qarabağ”ın sabiq futbolçusu Meksika klubunda - RƏSMİ

"Qarabağ"ın sabiq hücumçusu Juninyonun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, braziliyalı forvard "Flamenqo"dan "Pumas"a keçib. 

Bu barədə Meksika klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçunun müqavilə detalları açıqlanmayıb.

Xatırladaq ki, Juninyo 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.