Qoretska karyerasını İspaniyada davam etdirə bilər
25.12.2025 - 13:19
“Bavariya”dan ayrılacağı gözlənilən Leon Qoretska karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid klubunun nümayəndələri oyunçunun agenti ilə danışıqlara başlayıb.
Qoretska bu mövsüm “Bavariya”da 30 oyuna çıxıb.
0
0