“Qremio”nun futbolçusu Premyer Liqada çıxış edəcək
01.01.2026 - 14:49
“Qremio”nun futbolçusu Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Aston Villa” braziliyalı vingerlə anlaşıb.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında bütün detallar razılaşdırılıb. Birmingem təmsilçisi 19 yaşlı hücumçu üçün 10+2 milyon avro məbləğində transfer haqqı ödəyəcək.
Qeyd edək ki, Alisson “Qremio”nun yetirməsidir. Gənc futbolçu başa çatan mövsümdə komandasının heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0