Qrinvudla bağlı yeni qərar - dinləmə başa çatdı
25.06.2022 - 17:52
Qrinvudla bağlı yeni qərar - dinləmə başa çatdı

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudun məhkəməsində növbəti dinləmə prosesi başa çatıb.

Apasport.az saytının məlumatına görə, zorlamada ittiham olunan futbolçu barədə yeni qərar verilib.

Onun zaminə buraxılma müddəti artırılıb. 20 yaşlı ingiltərəlinin hansı müddəti azadlıqda keçirə biləcəyi açıqlanmayıb. 2022-ci ilin yanvarında saxlanılan, fevralda zaminə buraxılan futbolçu ilə bağlı hökm oxunanadək hər hansı təfərrüat elan edilməyəcək.

Qeyd edək ki, Qrinvud keçmiş sevgilisinə qarşı zor tətbiq etməkdə və ölümlə hədələməkdə ittiham olunur.
 

0