Qrizmann MLS yolunda
22.03.2025 - 00:47

"Atletiko"da ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Antuan Qrizmann komandanı tərk edərək MLS-ə keçə bilər.
Fransalı futbolçunun müqaviləsi 2026-cı ilə qədər qüvvədə olsa da, mövsümün sonunda Madrid klubunu tərk etməyə yaxındır.
Ona ABŞ variantı çox cəlbedici gəlir.
Qeyd edək ki, 34 yaşlı hücumçu cari mövsüm La Liqada 8 qol vurub.
0
0