Quadrado karyerasını başa vurdu
09.11.2024 - 14:24
Quadrado karyerasını başa vurdu

Meksika millisində keçirdiyi oyunların sayına görə rekordçu olan Andres Quardado peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında məlumat yayıb. O, 38 yaşında futbolla vidalaşdığını bildirib: "Bu mövsümün sonunda futboldan ayrılmaq və 19 ildən sonra peşəkar karyeramı başa vurmaq qərarımı ictimaiyyətə açıqlamaq istərdim. Mənə karyeramı başa vurmaq imkanı verən Leonun prezidenti Xesus Martinezə təşəkkür etmək istəyirəm. Mən Meksikaya bağlı olmaqdan qürur duyuram"..

Andres Quadrado Meksika millisində 182 oyun keçirib və 28 qol vurub. Milli komandanın tərkibində 38 yaşlı futbolçu 3 dəfə KONKAKAF kubokunun qalibi olub. 

Klub səviyyəsində Quadrado iki dəfə PSV-nin tərkibində Niderland çempionu olub və “Betis”lə İspaniya kubokunu qazanıb.

0