Quareşma karyerasına bu klubda davam edə bilər
23.08.2024 - 23:11
"Beşiktaş"ın əfsanələrindən hesab olunan Rikardo Quareşma ilə bağlı yeni xəbər ortaya çıxıb.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, "ÇSKA 1948" 40 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Bolqarıstan təmsilçisi bu transferin gənc futbolçularının inkişafına fayda verəcəyini düşünür.
2022-ci ildə "Vitoria' ilə yollarını ayıran portuqaliyalı futbolçu o vaxtdan bəri azad agentdir.
Qeyd edək ki, Quareşma Türkiyədə "Beşiktaş"dan əlavə "Kasımpaşa"nın da formasını geyinib. Karyerası ərzində 681 matça çıxan futbolçu 112 qol vurub, 166 məhsuldar ötürmənin müəllifi olub.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
4
0