"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansları ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, o, bu barədə "SkySports"a danışıb:
“Çempionlar Liqasından kənarda qala bilərik. Son matçda qalib gəlməsək, pley-offu unutmalıyıq. Komandanın növbəti mərhələyə vəsiqə qazanmaq üçün xalları çox azdır. Bu, acı da olsa, reallıqdır. “Brügge” ilə oyunda son şansımız qalıb. Nə olursa, olsun qələbə qazanmalıyıq”.
Qeyd edək ki, son matçda PSJ-yə 2:4 hesabı ilə uduzan "şəhərlilər" turnir cədvəlində 25-ci yerdədir.