Rafa Silva rəsmən “Benfika”da
22.01.2026 - 22:20
"Beşiktaş"ın futbolçusu Rafa Silvanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, portuqaliyalı vinger "Benfika"ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”a “Benfika”dan keçmişdi. O, bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
1
0