Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır
02.06.2025 - 09:33
"Barselona"nın vingeri Rafinya Çempionlar Liqasında möhtəşəm mövsüm keçirib.
Apasport.az xəbər verir ki, Rafinya liqaya 13 qolla başçılıq edir. Həmçinin o, 9 asistlə ÇL-in ən çox məhsuldar ötürmə edən futbolçusudur.
Bundan əlavə, braziliyalı yaradılan dəqiq qol imkanlarına görə birincidir (13), yaradılan şansların ümumi sayına görə isə PSJ-nin futbolçusu Usman Dembele (hər biri 39) ilə birinci yeri bölüşür.
Qeyd edək ki, "Barsa" ÇL-in yarımfinalında Milanın "İnter"inə məğlub olub - 7:6.
- “Milan”da Qlasner səsləri – Görüş 6 saatdan çox çəkdi
- Arbeloa özünü "Bayer"ə təklif etdi: TƏYİNATA QARŞIDIRLAR
- Haaland formasına görə qalmaqal – “Siti” Rikelmeni məhkəməyə verə bilər
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
0
0