Ramos karyerasını ABŞ-da davam etdirəcək
14.05.2024 - 15:58

"Sevilya"nın futbolçusu Serxio Ramos karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı "San Dieqo" klubuna keçəcək.
2025-ci ildən MLS-də debüt edəcək ABŞ klubu Ramosun istədiyi maliyyə şərtlərini irəli sürəcək.
İspaniya millisinin sabiq kapitanı"Sevilya"da qalmaq istəmədiyi üçün "San Dieqo" ilə danışıqlara başlayıb.
0
0