Reşford rəsmən "Barsa"da
24.07.2025 - 08:43
Reşford rəsmən "Barsa"da

"Barselona" İngiltərə nəhəngi "Mançester Yunayted"in ulduz futbolçusu Markus Reşfordu icarəyə götürüb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İspan klubunun rəsmi açıqlamasında, Reşfordun 1 illik icarə əsasında katalonların heyətində çıxış edəcəyi bildirilib.

Onun müqaviləsinə satın alma variantı da daxil edilib.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.