İyulun 28-dən avqustun 3-dək güləş üzrə ilin ilk dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afina U-17 yaş qrupu üzrə mundiala ev sahibliyi edəcək.
Yarışa yunan-Roma güləşçilərimiz start verəcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq) və Esra Məmmədli (57 kq) xalçaya çıxacaq.
Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Sadiq İsmayılov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov (65 kq), Rəşad Veysəlov (71 kq), Nihad Süleymanlı (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.
DÇ-də I dərəcəli hakimlərimizdən Elman İsmayılov və Natiq Hacıyev ədaləti qoruyacaq.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür