"Real" 3 xalı 3 qolla qazandı - Mbappe ulduzlaşdı
03.12.2025 - 23:52
"Real" 3 xalı 3 qolla qazandı - Mbappe ulduzlaşdı

Futbol üzrə İspaniya çempionatında 19-cu turun oyunları davam edir. 

Apasport.az xəbər verir ki, günün yeganə matçında "Real Madrid" səfərdə "Atletik"in qonağı olub. 

Görüş Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Paytaxt klubu Kamavinqa və Mbappenin 2 qoluyla Bilbao səfərindən 3 xalla qayıdıb. Mbappe həmçinin Kamavinqanın qolunda məhsuldar ötürməni verən oyunçu olub. 

Beləliklə xallarının sayını 36-ya yüksəldən "kral klubu" lider "Barselona"nın ardıyca turnir cədvəlində 2-ci sırada qərarlaşıb. 

Basklılar isə 15 matçda topladıqları 20 xalla 8-ci yerdə qalıblar.