“Real” Enzo transferində geri addım atır: “Çelsi”nin tələbi yüksəkdir
30.06.2026 - 22:22
“Real” Enzo transferində geri addım atır: “Çelsi”nin tələbi yüksəkdir

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi transfer etməkdə çətinlik çəkə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Madrid klubunun baş məşqçisi Joze Mourinyo argentinalı futbolçunu orta xətti gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür. Buna baxmayaraq, “Real”dakı mənbələr Enzonun keçid ehtimalının yüksək olmadığını bildiriblər.

Buna səbəb “Çelsi”nin 25 yaşlı futbolçu üçün 120 milyon funt-sterlinq tələb etməsidir.

Qeyd edək ki, Enzo Fernandes ötən mövsüm Premyer Liqada 36 matç keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.