"Real" "Leypsiq"in müdafiəçisini istəyir
22.09.2024 - 14:52
"Real" "Leypsiq"in müdafiəçisini istəyir

"Real" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "kral klubu" Kastelyo Lukeba ilə maraqlanır.

Madridlilərin skautları "Leypsiq"in müdafiəçisini "Atletiko" ilə matçda canlı izləyiblər. Hələ ki, "Real" onu transfer etməyə tələsmir. Klub futbolçu haqqında məlumat toplamağa davam edəcək.

Qeyd edək ki, Lukebanın "Leypsiq"lə müqaviləsi 2028-ci ilə qədərdir.

 

0