“Real Madrid” ulduz yarımmüdafiəçini almaqdan imtina edib
19.03.2024 - 15:32
“Real Madrid” ulduz yarımmüdafiəçini almaqdan imtina edib

Bundesliqa klubu "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix “Real Madrid”ə keçməyəcək.

Apasport.az xəbər verir ki, “kral” klubunun rəhbərliyi alman yarımmüdafiəçinin transferindən imtina etmək qərarına gəlib. 

“Real Madrid” digər potensial alıcılarla Kimmix uğrunda mübarizədə iştirak etməyəcək.

Xatırladaq ki, 29 yaşlı futbolçu ilə “Barselona”, “Arsenal”, “Liverpul” və “Mançester Siti” klubları maraqlanır.

Qeyd edək ki, Kimmixin Münhen nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır. Onun transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. 

0