"Real" yeni rekorda imza atıb
21.08.2024 - 10:21
İspaniyanın "Real Madrid" klubu yeni rekord müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, klub İspaniya çempionatının ilk turunda baş tutan "Malyorka" (1:1) görüşündə bu uğura imza atıb.
Bərabərlik sayəsində "Real" İspaniya çempionatı tarixində ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib. "Kral klubu" ardıcıl 33 oyundur ki, La Liqada uduzmur.
"Real"ın əvvəlki belə seriyası 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər qeydə alınıb. Madrid təmsilçisi 21 qələbə və 9 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, "Real" növbəti matçını avqustun 25-də "Valyadolid"ə qarşı keçirəcək.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0