"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı keçiriləcək oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, daha əvvəl İspaniya mətbuatı fransız futbolçunun zədəsini sağaldacağını və 8 yanvar tarixində baş tutacaq Madrid derbisində iştirak edəcəyini ehtimal edirdi. Lakin son məlumatlara görə, artıq bu ehtimal reallaşmayacaq. 27 yaşlı hücumçu “matrasçılar”a qarşı oynamayacaq.
Məlumata görə, Mbappe hətta Superkubok oyunlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına da komanda ilə birlikdə yollanmayacaq.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə keçirdiyi 24 matçda 29 qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı