“Real”dan baş məşqçi qərarı
18.11.2023 - 13:37
Madrid “Real”ı baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, Madrid klubu italyan məşqçi ilə 2026-cı ilə qədər müqavilə imzalamaq fikrindədir.
Daha əvvəl Ançelotti hazırkı müqaviləsi bitdikdən sonra təqaüdə çıxmağı planlaşdırdığını açıqlamışdı. Lakin klub onu qalmağa razı salıb.
Qeyd edək ki, 64 yaşlı məşqçi 2021-ci ildən Madrid “Real”ı ilə çalışır. Bundan əvvəl o, “Bavariya” , “Çelsi”, “Milan” , “Yuventus” kimi böyük klublarda çalışdırıcı olub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0