“Real”dan Kamavinqa qərarı: “Qalatasaray” detalı
08.06.2026 - 10:09
“Real Madrid” yarımmüdafiəçisi Eduardu Kamavinqa ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu üçün 50 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirəcək.
Kamavinqanın özü isə yeni komandasında illik 15 milyon avro məvacib tələb edir.
Xatırladaq ki, daha əvvəl 23 yaşlı futbolçu ilə “Qalatasaray”ın da maraqlandığı iddia olunurdu.
Qeyd edək ki, Kamavinqanın “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
0
0