"Real"ın futbolçuları məşqlərə başladılar
13.09.2024 - 00:51
"Real"ın futbolçuları məşqlərə başladılar

“Real” zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "kral klubu"nun 3 futbolçusu ümumi qrupa dönüb.

Cud Bellingem, Orelyen Çuameni və Eder Militao komanda ilə məşqlərə başlayıblar. Onların növbəti matçda iştirakı da mümkündür.

Qeyd edək ki, "Real" La Liqanın 5-ci turunda "Real Sosyedad"la qarşılaşacaq.

0