
Ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, "Real Madrid" doğma meydanda "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Bu oyun "kral klubu"nun yarımmüdafiəçisi Fede Valverde üçün əlamətdar olub.
Uruqvaylı futbolçu La Liqa təmsilçisinin heyətində 300-cü matçında iştirak edib.
Xatırladaq ki, Valverde "Real"a 2015-ci ildə ölkəsinin "Penarol" komandasından 5 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsüm Madrid təmsilçisinin heyətində 40 rəsmi matçda iştirak edib və 8 qol, 6 assistlə yadda qalıb.