“Real”ın futbolçusu zədədən qayıdıb
26.04.2025 - 12:43
“Real”ın futbolçusu zədədən qayıdıb

İspaniya La Liqası komandalarından "Real Madrid"in üzvü Ferlan Mendi zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu bu gün komanda ilə keçirilən birgə məşqlərdə iştirak edib.

Xatırladaq ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atletiko" ilə oynanılan cavab matçında sıradan çıxmışdı.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 assistlə yadda qalıb.