"Real"ın hücumçusu Bundesliqa klubunun hədəfində
29.10.2025 - 14:10
"Real Madrid"in hücumçusu Endrik karyerasını Bundesliqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Ştutqart" braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu barədə "Goal" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya təmsilçisi Endriki 6 aylıq icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.
Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan transfer edib. 19 yaşlı forvard "kral klubu"nun heyətində bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır
0
0