Renat Dadaşovun yeni baş məşqçisi bəlli oldu
18.09.2024 - 00:30
Renat Dadaşovun yeni baş məşqçisi bəlli oldu

"Ankaragücü"nün yeni baş məşqçisinin adına aydılnlıq gəlib.

Apasport.az xəbər verir ki, Renat Dadaşovun da çıxış etdiyi komandaya Kenan Koçak rəhbərlik edəcək.

Gənc mütəxəssislə 1+1 yillik müqavilə imzalanıb. O, mövsümə uğursuz startdan sonra istefaya göndərilən Cihat Arslanı əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü" 5 turdan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb. 

0