Renat oynadı, komandası 1 xal qazandı
04.05.2025 - 19:25
Futbol üzrə Polşa çempionatında XXXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Pyast"ın qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu matçın iştirakçısı olub.26 yaşlı forvard 75-ci dəqiqədə meydana daxil olub. Rahil Məmmədovun adı oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, XXXI turdan sonra 37 xal toplayan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
0
0