“Mançester Siti” yarımmüdafiəçisi Rodrinin “Barselona”ya keçidi fonunda heyətini Ayub Buaddi ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Lill”in 18 yaşlı yarımmüdafiəçisinin transferini bu yay yekunlaşdırmaq niyyətindədir.
Daha əvvəl futbolçunun daha bir mövsüm Fransa klubunda qalması variantı nəzərdən keçirilsə də, “şəhərlilər” onu dərhal heyətə cəlb etmək istəyir.
Mərakeş millisinin üzvü artıq “Siti” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda klublar transferin yekun detalları üzərində danışıqlar aparırlar.
Qeyd edək ki, Buaddi 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində çıxış edib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI